Ukraynanın Bakıdakı səfirliyində başsağlığı kitabı açıldı

Ukraynanın Bakıdakı səfirliyində başsağlığı kitabı açıldı
  09 Yanvar 2020    Oxunub:2057
Bu gün Ukraynanın Azərbaycandakı səfirliyində bu ölkənin hava yollarına məxsus Boeing-737 təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı kitabı açılıb.
Bu barədə Azvision.az -a Ukraynanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Qeyd edilib ki, Tehran-Kiyev marşrutu üzrə PS 752 reysini yerinə yetirən "Ukrayna Beynəlxalq Hava Yolları" aviaşirkətinin Boeing-737 təyyarəsinin qəzaya uğraması nəticəsində Ukrayna, İran, Kanada, İsveç, Əfqanıstan, Almaniya və Böyük Britaniya vətəndaşları olan 176 sərnişin və ekipaj üzvlərinin həlak olması ilə əlaqədar səfirlikdə başsağlığı kitabı açılıb.

Başsağlığı kitabı 9 və 10 yanvar 2020-ci il tarixlərində saat 11:00-dan 13:00-a qədər və 14:00-dan 16:00-a qədər Bakı ş. Y.Vəzirov (Çəmənzəminli) küç., 49 ünvanında yerləşən Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyinin binasında açıq olacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukrayna   Başsağlığı  





Xəbər lenti