92 yaşlı zabit ömürlük həbs ediləcək

92 yaşlı zabit ömürlük həbs ediləcək
  20 Dekabr 2013    Oxunub:1158
Keçmiş SS zabiti Zert Breyns İkinci Dünya Müharibəsindəki cinayətlərinə görə mühakimə olunur.
AzVison.az xarici mətbuata xəbər verir ki, 92 yaşlı Zert Breyns 1944-cü ildə Hollandiyada Müqavimət hərəkatının üzvlərinin güllələnməsində iştirak edib.

Almaniyanın qərbindəki Hagen şəhərində keçirilən prosesdə Breyns 1944-cü ilin sentyabrında holland partizanı Aldert Klaas Deykemi mühakimə etmədən güllələməkdə ittiham olunur.

Dövlət ittihamçısının sözlərinə görə, güllələnmə əmrini Breynsin komandiri versə də, o, əmrdən imtina etməklə ciddi cəza almazdı.

Öz növbəsində, sonuncu mühakimə olunan nasist cinayətkarlarından olan Breyns hadisə yerində olduğunu, lakin edamda iştirak etmədiyin bildirib.

Xatırladaq ki, İkinci Dünya Müharibəsinin bitməsindən sonra bir çox nasist cinayətkarları Cənubi Amerika ölkələrinə sığınaraq istintaqdan yayına biliblər.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti