Azərbaycanın İraqdakı səfirliyi təhlükəsizlik tədbirlərini gücləndirib

  09 Yanvar 2020    Oxunub : 1959
Azərbaycanın İraqdakı səfirliyi təhlükəsizlik tədbirlərini gücləndirib
Azərbaycanın İraqdakı səfirliyi gücləndirilmiş təhlükəsizlik tədbirləri rejimində öz fəaliyyətini davam etdirir.
Bu barədə Azvision.az -a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib. Onun sözlərinə görə, səfirliyin işində hər hansı məhdudlaşdırma yoxdur.

“Azərbaycanın Bağdaddakı diplomatik korpusu gücləndirilmiş təhlükəsizlik tədbirləri rejimində öz fəaliyyətini davam etdirir”, - XİN rəsmisi deyib.

Xatırladaq ki, son günlər ABŞ-İran qarşıdurması fonunda İraqda vəziyyət gərginləşib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: XİN   İraq   Səfirlik