Paşinyan mətbuat katibini işdən çıxardı

  09 Yanvar 2020    Oxunub : 1382
Paşinyan mətbuat katibini işdən çıxardı
Nikol Paşinyanın qərarı ilə Vladimir Karapetyan Ermənistanın baş nazirinin mətbuat katibi vəzifəsindən azad edilib.
Azvision.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Vladimir Karapetyan isə özünün “Facebook” səhifəsində son bir ilin onun üçün çox yaxşı təcrübə olduğunu yazıb.

Xatırladaq ki, Karapetyan ötən il 29 yanvar tarixində bu vəzifəyə təyin olunmuşdu. Bundan əvvəl o, ilk prezident Levon Ter-Petrosyanın "Ermənistan Milli Konqres" partiyasında təmsil olunub.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Paşinyan   Ermənistan