İrandakı dəhşətli təyyarə qəzası ilə bağlı yeni təfərrüat

  09 Yanvar 2020    Oxunub : 2014
İrandakı dəhşətli təyyarə qəzası ilə bağlı yeni təfərrüat
Ukraynaya məxsus "Boeing - 737" təyyarəsinin Tehranda qəzaya uğramasının bəzi təfərrüatları məlum olub. Müəyyən edilib ki, təyyarə yerə çırpılmazdan əvvəl havada yanmağa başlayıb.

Azvision.az xəbər verir ki, bu barədə İran Mülki Aviasiya Təşkilatının ilkin hesabatında qeyd olunub.
"Şahidlərin sözlərinə görə, yanğın təyyarədən görünüb və alov gövdənin üzərindən yayılıb. Laynerdəki nasazlıq səbəbindən heyət təyyarəni yenidən hava limanı istiqamətinə döndərib", - deyə məlumatda vurğulanıb.

Bununla belə, pilotlar təyyarədə təcili vəziyyət barədə məlumat verməyiblər.

Xatırladaq ki, ötən gün səhər saatlarında Tehran-Kiyev istiqamərində uçan təyyarə İmam Xomeyni Hava limanından yola düşdükdən dərhal sonra qəzaya uğrayıb. Hadisə nəticəsində bütün sərnişinlər və ekipaj üzvləri daxil olmaqla 176 nəfər ölüb. İlkin məlumata görə, hadisəyə mühərrikdəki qəza səbəb olub.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İran   Təyyarə