Çavuşoğlu İraqda səfərdədir

  09 Yanvar 2020    Oxunub : 1206
Çavuşoğlu İraqda səfərdədir
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun İraqa səfəri başlayıb.
Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Çavuşoğlu İraqın Baş Naziri Adil Abdulmehdi ilə görüşəcək.

Onun, həmçinin İraq Prezident Berhem Saleh, xarici işlər naziri Muhammed Əli əl-Hekim və parlament sədri Muhammed əl-Halbusi ilə görüşləri gözlənilir.

Xatırladaq ki, tərəflər ABŞ-İran gərginliyi fonunda İraqdakı vəziyyəti müzakirə edəcəklər.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Türkiyə   Çavuşoğlu   İraq