Mer və həyat yoldaşı güllələndi

Mer və həyat yoldaşı güllələndi
  20 Dekabr 2013    Oxunub:1087
Hadisə paytaxt Manila aeroportunda baş verib.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Fillipinin Labanqana şəhərinin meri Xose Anxel Honrado və həyat yoldaşı Manila aeroportunda naməlum şəxslər tərəfindən güllələnib.

Hadisə cütlük aeroportun terminalından çıxan zaman baş verib. Mer və həyat yoldaşından başqa insidentdə daha iki nəfər, o cümlədən 1 yaşlı körpə həlak olub, 4 nəfər isə xəsarət alıb.

Xatırladaq ki, Cənubi Zamboanqa vilayətində yerləşən və başsız qalan Labaqon şəhərində 28 min nəfər sakin yaşayır.

Vüqar İsmayılov



Teqlər:





Xəbər lenti