ATƏT-in sədri: “Münaqişələrin həlli prioritet olacaq”
O deyib ki, Ukrayna münaqişəsi Avropada aktual təhlükəsizlik problemi olaraq qalır. E.Rama əlavə edib ki, Minsk qrupu həmsədrlərinin səylərini və Dnestryanı münaqişənin həlli prosesini dəstəkləyəcəklər.
Onun sözlərinə görə, üzv ölkələr öhdəlikləri birlikdə yerinə yetirməlidir: “Bu vacibdir. Biz əlimizdə olan dəyərli alətlərin ətrafında birləşməliyik. Məsuliyyətimiz 57 ölkə arasında bölüşdürülür. Ümumi yanaşma olmadan ortaq bir gündəliyi inkişaf etdirmək mümkün deyil”.
Baş Nazir prioritetlərdən biri kimi dialoq yolu ilə qarşılıqlı anlaşmanın qurulmasını qeyd edib: “Bu gün bir sıra çağırışlar mövcuddur. Beynəlxalq təşkilatlar, cəmiyyətlərimizlə, Aralıq dənizi və Asiya tərəfdaşlarımızla dialoq, qurulması, həmçinin parlament diplomatiyasının aparılması önəmlidir”.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: ATƏT