Millimiz Özbəkistanla yoxlama oyunları keçirəcək

  09 Yanvar 2020    Oxunub : 1623
Millimiz Özbəkistanla yoxlama oyunları keçirəcək
Dünya çempionatının elit-raund mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan milli komandası Bakıda iki yoldaşlıq oyunu keçirəcək.
Azvision.az Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, millimiz yanvarın 21-də və 22-də Özbəkistan yığması ilə qarşılaşacaq. Bakı İdman Sarayında keçiriləcək hər iki görüş saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi elit-raund mərhələsi çərçivəsində yanvarın 29-da Xorvatiya, ertəsi gün Rusiya, fevralın 1-də isə Slovakiya yığmaları ilə qarşılaşacaq. Bu qrupun oyunları Xorvatiyanın Osiek şəhərindəki “Qradsk vrt Arena”da keçiriləcək.

Azvision.az

Teqlər: AFFA