Çavuşoğlu İraqın Baş Naziri ilə görüşüb
Çavuşoğlunun İraq Prezidenti Berhem Saleh, Xarici işlər naziri Muhammed Əli əl-Hekim və parlament sədri Muhammed əl-Halbusi ilə də görüşəcəyi gözlənilir.
XİN rəhbəri “Twitter”də "Qardaş İraqla münasibətlərimizi və regional inkişafları müzakirə etmək üçün Bağdaddayıq" mesajını yazıb.
"Baş Nazir Adil Abdulmehdi ilə görüşdə İraq xalqına həmrəyliyimizi və dəstəyimizi davam etdirəcəyimizi bildirdik. Həmçinin, İraqı bölgədəki gərginlikdən uzaq tuta biləcək addımları müzakirə etdik", - deyə Çavuşoğlu əlavə edib.
Xatırladaq ki, tərəflərin ABŞ-İran münasibətlərinin gərginləşməsi fonunda İraqda və regionda vəziyyəti müzakirə etdikləri bildirilir.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: İraq Çavuşoğlu Türkiyə