“Qəbələ”də 2020-ci ilin ilk transferi

“Qəbələ”də 2020-ci ilin ilk transferi
  09 Yanvar 2020    Oxunub:2513
2019-2020-ci il mövsümünün ikinci yarısının hazırlığını davam etdirən “Qəbələ” qış transfer pəncərəsində ilk futbolçu keçidini rəsmiləşdirib.
Azvision.az kluba istinadən xəbər verir ki, “qırmızı-qaralar” Ehtiram Şahverdiyevi heyətinə qatıb. İyirmi üç yaşlı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb.

“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan E.Şahverdiyev üçillik fasilədən sonra komandaya qayıdıb. 2017-2019-cu illərdə “Sumqayıt”ın şərəfini qoruyan yarımmüdafiəçi bunadək “qırmızı-qaralar”ın heyətində çıxış edib. O, 2015-2016-cı il mövsümündə “Qəbələ”nin əsas komandasında 2 oyun keçirib.

Azvision.az



Teqlər: Qəbələ   Futbol   Transfer  





Xəbər lenti