KTMT-nin yeni baş katibi rəsmən işə başladı

 KTMT-nin yeni baş katibi rəsmən işə başladı
  09 Yanvar 2020    Oxunub:2297
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni təyin olunmuş baş katibi, general-leytenant Stanislav Zas bu gündən rəsmən işə başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

"Mən özümün əsas vəzifəmi işimi düzgün və vicdanla yerinə yetirməkdə görürəm. KTMT-nin üzv dövlətlərə və xalqlarına daha səmərəli xidmət göstərməsi üçün kollektiv təhlükəsizliyin təmini istiqamətində səylər göstərəcəyəm”,- deyə S.Zas bildirib.

Qeyd edək ki, ötən il 28 noyabr tarixində KTMT ölkələrinin liderləri Stanislav Zasın təşkilatın Baş katibi vəzifəsinə namizədliyini təsdiqləyib. O, daha əvvəl Belarusun Təhlükəsizlik Şurasının katibi olub.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: KTMT  





Xəbər lenti