Məşhur biznesmen sərbəst buraxıldı

Məşhur biznesmen sərbəst buraxıldı
  20 Dekabr 2013    Oxunub:1161
17 dekabr əməliyyatı zamanı həbs olunan məşhur biznesmen Əli Ağaoğlu sərbəst buraxılıb.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, bu gün keçirilən məhkəmədə Ə.Ağaoğlu həbsdən azad edilb.

Qeyd edək ki, dekabrın 17-də Türkiyə polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində aralarında 3 nazir oğlu, çoxlu sayda iş adamı və bank müdirləri olmaqla 84 nəfər həbs olunub. Bir ildən çox davam edən fiziki və texniki izləmələr nəticəsində toplanan materiallar əsasında həyata keçirilən əməliyyatlar zamanı həbs olunan Əli Ağaoğlu qızıl qaçaqmalçılığı, rüşvət və korrupsiyada ittiham olunur.

Polis Ağaoğlu şirkətlər qrupunun Ataşəhərdəki ofisində axtarış aparıb, Ağaoğlunu isə səhər saatlarında evində həbs edərək polis bölməsinə gətirib.
Sevinc


Teqlər:  





Xəbər lenti