Suriyaya sutkada 1200-ə yaxın qaçqın qayıdıb

Suriyaya sutkada 1200-ə yaxın qaçqın qayıdıb
  09 Yanvar 2020    Oxunub:1634
Sutka ərzində 1200-ə yaxın suriyalı qaçqın xarici ölkələrin ərazisindən Suriyaya qayıdıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə müharibə edən tərəflərin barışıqları və qaçqınların hərəkəti üzərində nəzarət mərkəzinin açıqladığı bülletendə deyilir.

“Ötən sutka ərzində xarici dövlətlərin ərazisindən Suriyaya 1176 qaçqın geri dönüb.

Belə ki, Livanın “Jaydet Yabus”, “Tell-Kalah” keçid məntəqələrindən ümumilikdə 204 nəfər (62 - qadın, 104 - uşaq) , İordaniyanın “Nasib” keçid məntəqəsindən isə ümumilikdə 972 nəfər (qadın – 181, uşaq - 308) Suriyaya geri dönüb”, - deyə bülletendə qeyd olunub.

Azvision.az


Teqlər: Suriya  





Xəbər lenti