TQDK-dan sınaq imtahanları ilə bağlı mühüm YENİLİK

TQDK-dan sınaq imtahanları ilə bağlı mühüm YENİLİK
  20 Dekabr 2013    Oxunub:2400
Gələn il sınaq imtahanlarına ayrılan yerlərin sayının artırılacağı nəzərdə tutulur

AzVision.az-a bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən məlumat veriblər.

Bildiriblər ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası hər il qəbul kampaniyası dövründə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbula hazırlaşan abituriyentlər üçün sınaq imtahanları keçirir və bu da abituriyentlərə öz hazırlıq səviyyələrini yoxlamaq imkanı yaradır.

“Sınaq imtahanlarının üstün cəhətlərindən biri də bu imtahanlarda yaradılan şəraitin, ümumilikdə, imtahan prosesinin qəbul imtahanlarına tam uyğun olmasıdır. Sınaq imtahanlarında iştirak edən abituriyentlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşır, ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirirlər. Son illər TQDK tərəfindən imtahan arealının genişləndirilməsi, bu imtahanların Respublikanın bütün bölgələrini əhatə etməsi nəticəsində regionlarda yaşayan abituriyentlərin də sınaqlarda rahat iştirakı təmin olunur. Artıq ən ucqar yaşayış məntəqələrində yaşayan gənclərimizin də hazırlıq səviyyələrini yoxlamaq üçün mərkəzi şəhərlərə üz tutmalarına ehtiyac qalmır. Gələn il sınaq imtahanlarına ayrılan yerlərin sayının artırılacağı da nəzərdə tutulur”.

TQDK gələn ilin aprel ayından sınaq imtahanlarının başlayacağını bildirib: “Gələn ilin əvvəllərindən etibarən sınaq imtahanlarının keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi 2014-cü ildə də sınaq imtahanlarına yazılış internet vasitəsiylə elektron formada aparılacaq. Bununla bağlı həmin ərəfədə bu barədə geniş məlumat veriləcək”

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti