Müxalifət Yanukoviçə təslim olmadı

Müxalifət Yanukoviçə təslim olmadı
  20 Dekabr 2013    Oxunub:1258
Müxalifətçilər Daxili İşlər Nazirliyinə doğru yürüş ediblər.
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, Müstəqillik meydanında etirazlarını davam etdirən Ukrayna müxalifəti ölkənin Daxili İşlər Nazirliyinə doğru hərəkət edirlər.

Kiyevin mərkəzində hökumət müəssisələrinin yerləşdiyi küçəyə girişi bağlayan polis və xüsusi təyinatlı “Berkut” dəstələri müxalifətçilərin qarşısını kəsib. Polis kordonlarını yara bilməyən etirazçılar ara məhəllələrlə Daxili İşlər Nazirliyinin qarşısına çıxa biliblər. Ukrayna müxalifəti həbsdə olan 4 üzvünün azadlığa çıxarılmasını tələb edir.

Bu arada ölkə prezidenti Viktor Yanukoviç yeni ili ölkənin siyasi nəbzini tutmaq üçün Kiyevdə keçirəcəyini bildirib. Müxalifət liderlərindən biri, “Udar” partiyasının sədri Vitali Kliçko isə Yanukoviçlə Putin 15 milyard dollarlıq yardım barədə imzalanan müqaviləni tənqid edərək bunun sayəsində ölkənin əsas strateji obyektlərinin Rusiyanın girovluğuna verildiyin bildirib.

Xatırladaq ki, noyabrın 21-dən Ukraynanın Avropa Birliyi ilə assosiativ üzvlük haqqında razılaşmanı imzalamağı tələb edən müxalifət 1 aya yaxındır ki, Kiyevin mərkəzində mitinq keçirir. Müxalifətin son tələbləri Yanukoviçin və hökumətinin istefa verməsi və yeni prezident seçkilərinin keçirilməsidir.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti