Millimiz Bolqarıstana məğlub oldu

  09 Yanvar 2020    Oxunub : 1567
Millimiz Bolqarıstana məğlub oldu
Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində ikinci oyununu keçirib.
Azvision.az xəbər verir ki, A qrupunda yer alan Vasif Talıbovun komandası Bolqarıstanla üz-üzə gəlib. Oyun rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, millimiz ilk turda Niderlanda 0:3 hesabı ilə məğlub olub. Qrupun digər görüşündə Niderland Polşaya qalib gəlsə, qrup lideri kimi yarımfinala adlayacaq.

Azvision.az

Teqlər: Voleybol   Bolqarıstan   Milli