İranda ölən stüardessanın son paylaşımı - Pilotla evli imiş (FOTOLAR)
Azvision.az xəbər verir ki, xanım stüardessa fotosunu paylaşaraq işini necə çox sevdiyini etiraf edib.
Mərhum stüardessa Luqanskda anadan olub, dəmir yolu kollecində oxuyub. Daha sonra Aviasiya İnstitutunu bitirib, 2015-ci ildə Kiyevə köçüb və stüardessa kimi çalışmağa başlayıb. O, pilotla ailə qurub.
Xatırladaq ki, Tehran-Kiyev marşrutu ilə uçan Ukraynaya məxsus “Boeing 737” təyyarəsi qəzaya uğrayıb. Təyyarədə uçuş heyəti daxil olmaqla 176 nəfər olub, onların hamısı həlak olub.
Pərvanə Sultanova
Azvision.az