Krımdan İrəvana uçuşlar başlayır

  10 Yanvar 2020    Oxunub : 1398
Krımdan İrəvana uçuşlar başlayır
2020-ci ilin mart ayında Krımdan Ermənistana uçuşlar həyata keçiriləcək.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, “Rosaviasiya” (Rusiya Federal Hava Nəqliyyatı Agentliyi) Simferopol (Krım) və İrəvan aeroportları arasında bu il aviareyslərin açılmasına razılıq verib.

"Pegas Fly" şirkətlər qrupuna daxil olan "İkar" “Rosaviasiya”dan İrəvandan Simferopola həftədə yeddi dəfə uçuş həyata keçirmək üçün razılıq alıb.

"Hazırda bu ilin yay aylarına qədər həftədə iki uçuşla başlamaq planlaşdırılır. Aviaşirkətlər hava limanları ilə müqavilələr bağlamaq istiqamətində işi davam etdirirlər", - deyə məlumatda bildirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Krım   İrəvan