Sarkisyanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb

 Sarkisyanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb
  10 Yanvar 2020    Oxunub:3061
Ermənistanın sabiq prezidenti Serj Sarkisyana qarşı cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Azvision.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Sarkisyanın vəkili Amram Makinyan məlumat verib. Onun sözlərinə görə, ilkin istintaq başa çatıb. Müdafiə tərəfinə tanış olmaq üçün cinayət işinin materialları təqdim olunub.
Xatırladaq ki, 2019-cu ilin dekabrın əvvəlində Xüsusi İstintaq Xidməti Sarkisyana qarşı mənimsəmə və ya oğurluq ittihamı irəli sürüb. Keçmiş prezident 2013-cü il yanvarın 25-dən fevralın 7-dək 1 milyon dollar dövlət vəsaitini oğurlamaqda təqsirli bilinir.

Xüsusi İstintaq Xidmətinin sözçüsü Marina Ohancanyan istintaq orqanının əldə etdiyi sübutların ittiham elan etmək və işin məhkəməyə göndərilməsi üçün yetərli olduğunu bildirib.

"İş materialları tanış olmaları üçün təqsirləndirilən şəxslərə və onların nümayəndələrinə təqdim edilib", - deyə Ohancanyan əlavə edib. Onun sözlərinə görə, Barseq Beqlaryan ("Flahs" şirkətinin prezidenti) da daxil olmaqla işdə daha dörd nəfər ittiham olunur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti