Meqan Markl Britaniyanı tərk edib

Meqan Markl Britaniyanı tərk edib
  10 Yanvar 2020    Oxunub:2479
Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Markl Birləşmiş Krallığı tərk edib.
Azvision.az xəbər verir ki, cütlüyün rəsmi nümayəndəsinin “Reuters”ə bildirdiyinə görə, Meqan Kanadaya qayıdıb, Milad tətilini ailəsi ilə keçirib və hazırda oğlu ilə birlikdə oradadır.

Xatırladaq ki, bir neçə gün əvvəl cütlük Kral ailəsinin təntənəli vəzifələrinin icrasından imtina etdiklərini bildiriblər. Məlumata görə, onlar yaxın günlərdə Britaniyaya qayıdıb Kral ailəsinin üzvləri statusundan, habelə vəzifə və imtiyazlarından imtina etmələrini rəsmən açıqlayacaqlar.

Şahzadə Harri isə bu niyyətlərini əvvəlcədən məlumatlandırılmayan kral ailəsinin digər nümayəndələri ilə müzakirə etmək üçün bir müddət Britaniyada qalacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Britaniya  





Xəbər lenti