İraq ABŞ-dan qoşunların çıxarılmasını tələb edir
Məlumata görə, əl-Mehdi ilə Pompeo arasında telefon danışığı olub və onlar Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər. Eyni zamanda, müxtəlif tərəflərin eskalasiyaya yol verməməsinin, vəziyyətin açıq müharibəyə keçməsinin qarşısının alınmasının vacibliyini ifadə ediblər.
Abd əl-Mehdi Vaşinqtonun İraq parlamentinin xarici qoşunların təhlükəsiz şəkildə ölkədən çıxarılması ilə bağlı qərarının icrasını təmin etmək üçün Bağdada nümayəndələr göndərməli olduğunu söyləyib. O, İraqın qonşu və dost ölkələrlə daha yaxşı münasibətləri saxlamaq istədiyini vurğulayıb.
Pompeo isə öz növbəsində ABŞ-ın İraqın suverenliyinə hörmət etdiyini diqqətə çatdırıb.
Pərvanə Sultanova
Azvision.az