Cüdoçularımız Avstriyada təlim-məşq toplanışı keçirlər

Cüdoçularımız Avstriyada təlim-məşq toplanışı keçirlər
  11 Yanvar 2020    Oxunub:2943
Cüdo üzrə Azərbaycan milli komandaları geniş heyətlə Avstriyaya yollanıblar.
Azvision.az xəbər verir ki, cüdoçularımız Mittersill şəhərində təlim-məşq toplanışı keçirlər. Toplanışda əsas milli komanda, qadınlar və paralimpiya komandamız iştirak edir.

Qeyd edək ki, hər il ənənəvi Avstriya toplanışına dünyanın ən güclü cüdo ölkələrinin milli komandaları qatılırlar. Təlim-məşqlərdə dünyanın 67 ölkəsindən 1500 cüdoçu bu il keçiriləcək beynəlxalq yarışlara və Tokio Yay Olimpiya Oyunlarına hazırlaşır. Avstriya toplanışında Azərbaycan millisinin tanınmış cüdoçuları ilə yanaşı, olimpiya çempionları - fransız Teddi Riner, çexiyalı Lukas Krpalek, rusiyalılar Hasan Xalmurzayev və Beslan Mudranov, kosovalı Majlinda Kelmendi, sloveniyalı Tina Trstenyak, braziliyalı Sara Meneş və digər məşhur cüdoqi ustaları iştirak edirlər. Cüdoçularımızın Mittersill təlim-məşq toplanışına yanvarın 15-də yekun vurulacaq.

Azvision.az



Teqlər: Cüdo  





Xəbər lenti