Meksikada şagird müəllimini öldürüb, sonra intihar edib

  11 Yanvar 2020    Oxunub : 1678
Meksikada şagird müəllimini öldürüb, sonra intihar edib
Meksikanın Torreon şəhərində yerləşən məktəblərdən birində silahlı insident baş verib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, 12 yaşlı şagird məktəbə silah gətirərək müəllimini qətlə yetirib, daha sonra intihar edib.

Ümumilikdə silahlı insident zamanı 5-i şagird olmaqla 6 nəfər yaralanıb. Onlara tibbi yardım göstərilib. Yaralılardan 2 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Meksika   Məktəb