“Alnımız açıq, başımız dikdir” - Ərdoğanın müavini

 “Alnımız açıq, başımız dikdir” - Ərdoğanın müavini
  20 Dekabr 2013    Oxunub:1077
Türkiyənin baş nazirinin köməkçisi Bəkir Bozdağ Twitter hesabında ölkədə baş verən olayları qiymətləndirib.

Ədalət və İnkişaf Partiyasının (AKP) və hökumətin hər zaman alnı açıq və başının dik olduğunu bildirərək, bundan sonra da yollarına bu cür davam edəcəklərini qeyd edib: “Biz necə siyasət mühəndislərini, necə tələləri və oyunları poza-poza bu günlərə gəldik. Bundan sonra da bu oyunları pozacağıq”

“Biz qəzet manşetləri və çirkli ittifaqlarla, daxildəki və xaricdəki güclərlə iqtidara gəlmədik. Manşetlərə, hər cür çirkli ittifaq və əməliyyatlara baxmayaraq, Allahın köməyi və millətimizin dəstəyi ilə iqtidara və bugünlərə gəldik. Bizim yeganə güc qaynağımız millətimizin dəstəyi, duası və Allahın köməyidir. Həmişə xalqın və Haqqın yanında olduq və yenə də xalqın duası və dsətəyi, Allahın köməyi lə yolumuza davam edəcəyik.

Bu çirkli oyun, əməliyyat və tələlər, millətimizlə aramızda olan könül bağlarını qoparıb bələdiyyə və prezident seçkilərinə təsir etmək üçündür. Bu çirkli oyunun ssenaristi, aktyor və rejisorları əziz millətimizin onların oyun və tələlərini necə pozduqlarını görəcəklər. Millətimiz başa düşməkdə çətinlik çəkənlərə dərslərini verəcək”-deyə, B.Bozdağ son olayları şərh edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti