Şahzadənin xanımı “Disney”də çalışacaq

Şahzadənin xanımı “Disney”də çalışacaq
  11 Yanvar 2020    Oxunub:2211
Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Markl “Disney” şirkəti ilə müqavilə imzalayıb.
Azvision.az Daily Mail-ə istinadən xəbər verir ki, Markl personajları səsləndirəcək, alacağı qonorarı isə xeyriyyəçiliyə yönəldəcək.

Meqan ilk səsyazısını Kanadaya getməzdən altı həftə əvvəl yazdırıb. O, öz qonorarını vəhşi təbiətin qorunması ilə məşğul olan və heyvanları brakonyerlərdən qoruyan “Sərhədsiz Fillər” təşkilatına (Elephants Without Borders) verəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Şahzadə  





Xəbər lenti