Baş Nazir təyyarə qəzasını milli faciə adlandırıb

Baş Nazir təyyarə qəzasını milli faciə adlandırıb
  11 Yanvar 2020    Oxunub:2031
Kanadanın Baş naziri Castin Trudeau Tehranda Ukrayna təyyarəsinin vurulmasını milli faciə adlandırıb.
Azvision.az xəbər verir ki, bu barədə Baş Nazirin bəyanatında deyilir.

"Bu gün İran təyyarənin silahlı qüvvələri tərəfindən vurulduğunu etiraf edib. Bu, milli faciədir və bütün kanadalılar yas saxlayırlar. Ottava istintaqın şəffaf və ədalətli şəraitdə keçirilməsində təkid edir. Biz tam və hərtərəfli araşdırmanı təmin etmək üçün bütün dünyadakı tərəfdaşlarımızla işimizi davam etdirəcəyik", - deyə Trudeaunun açıqlamasında vurğulanıb.

O, həmçinin Kanadanın İran hakimiyyətindən tam əməkdaşlıq gözlədiyini qeyd edib.

Xatırladaq ki, Kiyevə uçan Ukraynaya məxsus "Boeing 737-800" təyyarəsi Tehran yaxınlığında qəzaya uğrayıb. Rəsmi məlumata görə, hadisə nəticəsində 176 nəfər ölüb. Onlar İran, Ukrayna, Kanada, Böyük Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşlarıdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Kanada  





Xəbər lenti