TRT Bakuviyə proqram həsr etdi - ÖZƏL

TRT Bakuviyə proqram həsr etdi - ÖZƏL
  20 Dekabr 2013    Oxunub:1353
“TRT”- Bakı təmsilçiliyi uğurlu proqramlarını davam etdirir.

Azvizion.az-ın verdiyi məlumata görə Türkiyənin ən nüfuzlu telekanalı olan “TRT” kanalının Bakı təmsilçiliyi “Qavqazlardan əsən yellər” proqramının növbəti buraxılışını XV əsrin böyük sufisi, Azərbaycanın təsəvvüfünün yetişdirdiyi ən görkəmli şəxsiyyətlərdən biri olan Seyid Yəhya Bakuviyə həsr edib.

“2013 il Seyid Yəhya Bakuvi ili olduğu üçün və xəlvətilik təkcə Azərbaycanda deyil, Türkiyədə də inkişaf etdiyi üçün bu bizim diqqətimizi çəkdi”-, deyə proqramın müəllifi, rejissoru və aparıcısı Nailə Əkbərova bildirib. Proqramın operatoru İlkin Umudovdur.

Proqramın çəkilişi S.Y. Bakuvinin 40 il Bakıda yaşadığı Şirvanşahlar sarayında baş tutub. Seyid Yəhya Bakuvi obrazını Araz 103.3 Fm-in aparıcısı, aktyor Sənan Əlləz canlandırıb.

Qeyd edək ki, 2013-cü il UNESCO tərəfindən “Seyid Yəhya Bakuvi ili“ elan olunub. Təşkilat filosofun 550 illik yubileyini təmtəraqla qeyd edib.
Azvision.az çəkiliş prosesinin fotolarını təqdim edir.

Leyla Murad

Qalereya




Teqlər:  





Xəbər lenti