Gülnara Kərimovaya məxsus evlərdə 985 sənət əsəri aşkarlanıb
Özbəkistanın Baş Prokurorluğu, Ədliyyə Nazirliyi və digər aidiyyəti qurumlar Gülnara Kərimovanın cinayətkarlıq yolu ilə əldə etdiyi aktivlərin Özbəkistana qaytarılması istiqamətində İsveçrə, Fransa, Rusiya, Latviya və digər dövlətlərlə danışıqlar aparırlar. Bu ölkədən olan ekspertlər İsveçrə Federal Prokurorluğunun nümayəndələri ilə birgə Gülnara Kərimovanın Cenevrədəki villasında olan 70 sənət əsərinin dəyərini öyrənir və ölkəyə gətirilməsi üçün fəaliyyəti davam etdirirlər.
Azvision.az
Teqlər: GülnaraKərimova