“Liverpul” ardıcıl 12-ci qələbəsini qazandı

“Liverpul” ardıcıl 12-ci qələbəsini qazandı
  12 Yanvar 2020    Oxunub:2863
Futbol üzrə İngiltərə Premyer Liqasında 22-ci turun oyunları keçirilir.
Azvision.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında lider “Liverpul” və “Tottenhem” klubları üz-üzə gəliblər.

Gərgin idman mübarizəsi şəraitində keçən oyun Yurgen Kloppun komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu Roberto Firmino vurub. Bununla da “Liverpul” ardıcıl qələbələrinin sayını 12-yə çatdırıb.

Qeyd edək ki, hazırda 61 xalı olan “Liverpul” turnir cədvəlində birinci yerdədir.

Azvision.az



Teqlər: Liverpul  





Xəbər lenti