Müdafiə naziri generallara tapşırıqlar verdi

Müdafiə naziri generallara tapşırıqlar verdi
  20 Dekabr 2013    Oxunub:1093
Dekabrın 20-də Müdafiə Nazirliyində kollegiya üzvlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, iclasda Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev, Azərbaycan Respublikasının Hərbi Prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev, Milli Təhlükəsizlik Nazirliyinin Baş İdarə rəisi, general-mayor Nizami Şirinov da iştirak ediblər.

Vahid Əliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 18 dekabr 2013-cü il tarixində imzaladığı Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Fərmanı kollegiya iştirakçılarına elan edib.

Kollegiya iclasında Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin 2013-cü ildə döyüş xidməti hazırlığının yekunları və 2014-cü tədris ilində vəzifələri haqqında geniş məruzə ilə çıxış edib.

Müşavirədə son dövrlərdə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar, döyüş hazırlığının vəziyyəti, quruculuq işləri və bir çox xidməti məsələlər müzakirə edilib, müvafiq tapşırıqlar verilib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti