Xorvatiyada qocalar evi yanıb - Ölənlər var

Xorvatiyada qocalar evi yanıb -   Ölənlər var
  12 Yanvar 2020    Oxunub:3424
Xorvatiyanın paytaxtı Zaqrebdən 30 km aralıda yerləşən Andreşevac kəndində ölümlə nəticələnən yanğın olub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə qocalar evində baş verib. Yanğın nəticəsində qocalar evinin 6 sakini dünyasını dəyişib.

Yanğının səbəbləri hələlik müəyyən edilməyib. Hadisə zamanı binada 20 nəfər olub. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Yanğın   Qocalar-evi  





Xəbər lenti