Ruhani Zelenskiyə zəng edib üzr istədi

Ruhani Zelenskiyə zəng edib üzr istədi
  12 Yanvar 2020    Oxunub:2405
İran Prezidenti Həsən Ruhani ilə ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. Bildirilib ki, Ruhani Ukraynaya məxsus sərnişin təyyarəsinin səhvən vurulmasına görə həmkarından üzr istəyib.

"Ruhani Ukrayna xalqına və hadisə nəticəsində həlak olan şəxslərin ailələrinə başsağlığı verib. İran Prezidenti baş vermiş faciə ilə əlaqədar ölkəsinin adından üzr istəyib", - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: İran   Ruhani   Zelenski  





Xəbər lenti