Liviyada atəşkəs elan olunub

  12 Yanvar 2020    Oxunub : 1452
Liviyada atəşkəs elan olunub
Qondarma Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarın tabeliyindəki qüvvələr Türkiyə və Rusiya prezidentlərinin atəşkəslə bağlı birgə çağırışını qəbul edib.
Azvision.az xəbər verir ki, Bakı vaxtı ilə gecə saat 02-dən etibarən tərəflər arasında atəşkəs elan olunub. Atəşkəsin əldə olunması barədə xəbər paytaxt Tripolidə böyük sevinclə qarşılanıb, atəşfəşanlıq olub.

Liviyanın legitimliyi beynəlxalq səviyyədə tanınan, BMT-nin dəstəyi ilə paytaxt Tripolidə yaradılmış Milli Birlik Hökumətinin Nəqliyyat Nazirliyi ölkənin dünya ilə yeganə əlaqə vasitəsi olan Mitiqa hava limanını yenidən aviareyslər üçün açıq elan edib.

Azvision.az

Teqlər: Liviya   Atəşkəs