Türkiyədə irimiqyaslı antiterror əməliyyatı keçirilir

   Türkiyədə irimiqyaslı antiterror əməliyyatı keçirilir
  12 Yanvar 2020    Oxunub:3505
Türkiyənin Hatay əyalətində genişmiqyaslı antiterror əməliyyatı keçirilir.

Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, “Kapan-2” (“Tələ-2”) adlı əməliyyata asayiş keşikçilərinin 585 əməkdaşı, polislər və jandarm qüvvələri cəlb edilib.
Güc strukturlarının əsas vəzifəsi Amanos dağlıq silsiləsi ərazisindəki PKK terroru təhlükəsinin aradan qaldırılmasıdır. Əməliyyatın ilk saatlarında terrorçuların 3 sığınacağı və anbarı aşkarlanıb, bir əldəqayırma partlayıcı qurğu məhv edilib.

Hazırda əməliyyat uğurla davam etdirilir.

Azvision.az


Teqlər: Türkiyə   Əməliyyat  





Xəbər lenti