Təbii fəlakət 11 nəfərin həyatına son qoydu

  12 Yanvar 2020    Oxunub : 1756
Təbii fəlakət 11 nəfərin həyatına son qoydu
Əfqanıstanın Qəndəhar və Helmand əyalətlərində təbii fəlakət baş verib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, leysan yağışların səbəb olduğu sel və daşqınlar nəticəsində 11 nəfər həyatını itirib.

Qəndəhar valisinin nümayəndəsi Əhməd Bahir Əhmədi bildirib ki, aramsız yağışlar bölgədə böyük fəsadlar törədib. Təbii fəlakət zamanı Qəndəhar əyalətində 8 nəfər ölüb, 14 nəfər xəsarət alıb. Helmand vilayətinin Kacaki mahalında isə 3 nəfəri sel aparıb, 9 nəfər yaralanıb.

Hazırda bölgədə yağışlı hava şəraiti davam edir. Təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması istiqamətində işlər görülür.

Azvision.az

Teqlər: Əfqanıstan   Yağış   Daşqın