Fikrət Sadıqın səhhəti pisləşib

Fikrət Sadıqın səhhəti pisləşib
  20 Dekabr 2013    Oxunub:1428
Tanınmış sair-publisist Fikrət Sadığın səhhəti pisləşib. Bu barədə AzVision.az- ın əməkdaşına şair söhbət zamanı deyib. O, bildirib ki, son günlər havanın dəyişməsi ilə bağlı yüksək təzyiqdən əziyyət çəkir.
Yazıçı elə bu səbədən də yardıcılıqla məşğul ola bilmədiyni bildirib.

“Yaşlı adamam, gənc olsaydım tez sağalardım. Artıq bir neçə aydır ki, xəstəyəm. Heç ən əziz adamımla belə danışmağa halım olmur. Ona görə də heç nə yazıb yarada bilmirəm. Qan təzyiqi mənə heç cür rahatlıq vermir. Amma görünür qocalıq öz sözün deyir. Uşaqlarım tez-tez baş çəkir. Evdə televizora baxıram, arada qəzet oxuyuram . Günümü belə yola verirəm. Amma son günlər yüksək təzyiqə görə heç halım olmur” ,-deyə F.Sadıq bildirib.

Qeyd edək ki, Fikrət Sadıq yazıçı, ssenarist Orxan Fikrətoğlunun atasıdır.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti