Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Razılıq Hökumətinin başçısı Faiz Sarajı qəbul edib.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, görüş İstanbuldakı Dolmabağça sarayında baş tutub. Mətbuata qapalı keçirilən danışıqlar 2 saat 30 dəqiqə davam edib. Görüşün detalları açıqlanmayıb.