ABŞ-dan Çinə İranla bağlı xəbərdarlıq

 ABŞ-dan Çinə İranla bağlı xəbərdarlıq
  13 Yanvar 2020    Oxunub:3074
ABŞ Çin hakimiyyətindən İrandan neft tədarükünü tamamilə dayandırmağı tələb edib.
Azvision.az Fox News-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin bildirib. Onun sözlərinə görə, İran öz neftinin təxminən 70%-ni Çinə idxal edir. Tehranın bundan əldə etdiyi vəsait isə Yaxın Şərqdəki terrorçu qrupları maliyyələşdirmək üçün istifadə olunur.

Mnuçin əlavə edib ki, ABŞ-ın sanksiyaları səbəbindən İranın neft məhsullarının satışından əldə etdiyi gəlir 95% azalıb.

Nazirin fikrincə, hazırda Vaşinqton və Pekin İrandan Çinə neft tədarükünün tamamilə dayandırılması barədə danışıqlar aparır. Çin hakimiyyəti bütün dövlət şirkətlərinin neft əldə etmələrini dayandırıb: "Biz bütün əlavə neft əməliyyatlarını dayandırmaları üçün onlarla yaxından işləyirik".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ABŞ   Çin   İran  





Xəbər lenti