Çavuşoğlu Moskvada - Liviya danışıqları başlayır

  Çavuşoğlu Moskvada  - Liviya danışıqları başlayır
  13 Yanvar 2020    Oxunub:2653
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Moskvaya səfəri başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə nazir “Twitter” səhifəsində yazıb.

“Liviyada sülh və sabitliyi təmin etməyə yönəlmiş səylərimiz çərçivəsində Moskvadayıq”, - deyə Çavuşoğlu yazıb.

Xatırladaq ki, bu gün Rusiyanın paytaxtında Liviya Milli Razılıq Hökumətinin rəhbəri Faiz Sarac və ordu qüvvələrinə rəhbərlik edən Xəlifə Haftar arasında görüş keçiriləcək.

Rusiya XİN-in yaydığı məlumata görə, görüş Rusiya və Türkiyə Xarici İşlər nazirləri və Müdafiə nazirlərinin vasitəçiliyi ilə baş tutacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   XİN   Çavuşoğlu  





Xəbər lenti