Yaponiya və Çin barışacaqmı?
Diplomatların görüşündə əsasən mübahisəli Senkaku adaları və Çinin elan etdiyi yeni hava hücumundan müdafiə zonası ilə bağlı problemlər müzakirə olub. Xəbər verdiyimiz kimi, bu iki problem ölkələr arasında münasibətlərin xeyli gərginləşməsinə gətirib çıxarıb.
Görüş zamanı tərəflər Yaponiya ilə Çin arasında münasibətlərin hər iki ölkə üçün vacibliyini vurğulayıblar. Diplomatlar qarşılıqlı faydaya əsaslanan strateji əməkdaşlığın inkişafı üçün dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
Teqlər: