Bəy toy günü başından güllələndi

  13 Yanvar 2020    Oxunub : 1911
Bəy toy günü başından güllələndi
Türkiyənin Şanlıurfa şəhərinin Birəcik rayonunda keçirilən toy mərasimində qonaqlardan biri havaya atəş açarkən bəyi yaralayıb.
Azvision.az xəbər verir ki, silahlı insident nəticəsində 25 yaşlı Mehmet Yılmaz başından güllə yarası alıb. Bəy təcili yardım maşını ilə xəstəxanaya yerləşdirilib.

M. Yılmazın vəziyyətinin ağır olduğu bildirilir. Polis toyda atəş açan şəxsin müəyyən edilməsi istiqamətində araşdırma aparır.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Bəy   Toy   Türkiyə