Ərdoğan Almaniyaya gedir

  13 Yanvar 2020    Oxunub : 1552
Ərdoğan Almaniyaya gedir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyaya səfər edəcək.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfər yanvarın 19-da baş tutacaq. Bir günlük səfər zamanı Ərdoğan Berlində mətbuat konfransına qatılacaq.

Bundan əlavə, Türkiyə Prezidentinin Almaniyada bir sıra görüşlər keçirəcəyi gözlənilir.

Azvision.az

Teqlər: Ərdoğan   Almaniya