ABŞ “Taliban”la barışığa hazırlaşır

 ABŞ “Taliban”la barışığa hazırlaşır
  13 Yanvar 2020    Oxunub:1830
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Robert O Brayen bəyan edib ki, ölkə lideri Donald Tramp bu il “Taliban”la saziş bağlaya bilər.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə O Brayen “Axios” portalına bildirib. Onun sözlərinə görə, əgər sazişlə bağlı razılıq əldə olunmasa, rəsmi Vaşinqton Əfqanıstandakı kontingentini azaltmaq niyyətindədir.

“Əfqanıstan qüvvələri indi öz işinin öhdəsindən daha yaxşı gəlir və mən hesab edirəm ki, biz hansısa bir anda tezliklə razılaşma ilə və ya razılaşmasız Əfqanıstandakı hərbi qüvvələrimizi azaldacağıq”, - deyə O Brayen qeyd edib.

O, Trampın ABŞ-da keçiriləcək prezident seçkilərində “Taliban”la razılaşma bağlamaq niyyətində olub-olmaması barədə suala cavabında bildirib ki, saziş bu il baş tuta bilər.

Azvision.az



Teqlər: ABŞ  





Xəbər lenti