Latviya İraqdakı hərbçilərinin sayını 2 dəfə artırır

  13 Yanvar 2020    Oxunub : 1344
Latviya İraqdakı hərbçilərinin sayını 2 dəfə artırır
Latviya “Inherent Resolve” hərbi əməliyyatı çərçivəsində İraqdakı hərbçilərinin sayını 10-dan 30-dək artırmağı planlaşdırır.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ölkənin Müdafiə naziri Artis Pabriks deyib.

Onun sözlərinə görə, Latviya hərbçilərinin İraqdakı beynəlxalq əməliyyatda iştirakı üçün mandatı fevral ayında bitir: “Əgər mandatı yeniləməsək, ertəsi gün missiya bizim üçün başa çatacaqdır”.

Qeyd edək ki, ABŞ Silahlı Qüvvələri və müttəfiqlərinin İŞİD-ə qarşı “Inherent Resolve” hərbi əməliyyatı 8 avqust 2014-cü ildən etibarən həyata keçirilir. Latviya hərbçiləri 2016-cı ilin yanvarından hərbi əməliyyatda iştirak edib. Daha sonra onların bu missiyada iştirakı 1 fevral 2020-ci ilədək uzadılıb.

Azvision.az

Teqlər: Latviya