BMT-nin Baş katibindən çağırış

  13 Yanvar 2020    Oxunub : 1374
BMT-nin Baş katibindən çağırış
"BMT-nin baş katibi Antonio Quterres Guergarat sərhədyanı ərazisində müntəzəm mülki və ticari nəqliyyatın təmin olunmasını tələb edib".
Azvision.az xəbər verir ki, bu barədə BMT-nın mətbuat katibi Stephane Dujarricin Guergarat ərazində hərəkətin sərbəstliyi ilə bağlı yaydığı bəyanatda bildirilib.

Quterres “Polisario” separatçı təşkilatının Mərakeş və Mavritaniya arasında keçiriləcək "Africa Eco Race" rallisinin baş tutmasını əngəlləməyə yönəlmiş təhdidlərinə istinad edərək, bufer zonada status-kvonun dəyişməsinə gətirib çıxara biləcək istənilən fəaliyyətdən çəkinməyə çağırıb.

Qeyd edək ki, Quttereş "Africa Eco Race" rallisinin Guergarat ərazisindən keçəcəyi vaxtda Sahara bölgəsində gərginliyin artmasından narahatdır.

Bundan əlavə, Quterres tərəfləri təmkinli olmağa və gərginliyin azaldılmasına çağırıb. Həmçinin, baş katib Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Sahara münaqişəsinin ədalətli, davamlı və qarşılıqlı məqbul siyasi həllini tapmasına kömək etmək öhdəliyini təkrarlayıb.

Günel İbrahimova
Azvision.az

Teqlər: BMT