Rza Zərrab məhkəmə qarşısında

Rza Zərrab məhkəmə qarşısında
  21 Dekabr 2013    Oxunub:1304
Türkiyədə prokurorluqda ifadələri alınan 21 nəfərdən 14-ü həbs edilmələri tələbi ilə məhkəmə qarşısına çıxarılıb.

AzVision.az "Anadolu" agentliyinə istinadən məlumat verir ki, bu gün səhər saatlarında İstanbul prokurorluğuna gətirilən 66 nəfərdən 21-nin ifadələri alınıb. Aralarında iş adamı Rza Zərrabla iqtisadiyyat və daxili işlər nazirlərinin övladları Salih Kaan Çağlayan və Barış Gülərin də olduğu 14 nəfər həbs edilmələri tələbi ilə məhkəmə qarşısına çıxarılıb.

Digər 7 nəfər isə sərbəst buraxılıb.

Xatırladaq ki, İstanbul və Ankarada keçirilən xüsusi əməliyyat nəticəsində aralarında bəzi nazirlərin övladları da olmaqla, 52 nəfər saxlanılıb.

Saxlanılanlar arasında Türkiyənin hakim partiyasının üzvü olan bəzi nazirlərin övladları - iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın oğlu Oğuz Bayraqdar, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir, Türkiyənin "Xalq Bank"ının baş direktoru Süleyman Aslan da var. Həmçinin korrupsiya qalmaqalını araşdıran yüksəkvəzifəli polis məmurları işdən azad edilib.

Həbslərə səbəb həmin şəxslərin korrupsiya, qaçaqmalçılıq və narkotik maddələrin satışında ittiham edilmələri olub.

Həmçinin, korrupsiya qalmaqalında iqtisadiyyat naziri Zəfər Çağlayan, Avropa İttifaqı işləri üzrə nazir Egemen Bağış, daxili işlər naziri Müəmmər Gülər və şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın adı hallanır.


Teqlər:  





Xəbər lenti