Azərbaycanlı hakim CEV kubokuna təyinat aldı

Azərbaycanlı hakim CEV kubokuna təyinat aldı
  14 Yanvar 2020    Oxunub:3054
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Fikrət Axundov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.
Azvision.az xəbər verir ki, həmyerlimiz kişi voleybolçular arasında CEV kuboku yarışlarında mübarizə aparan Xorvatiyanın “Mladost Ribola” və İtaliyanın “Allianz” komandaları arasında keçiriləcək görüşün ikinci hakimi olacaq. Oyunu danimarkalı baş hakim Ellen Mari Burheim idarə edəcək.

Qeyd edək ki, turnirin 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək görüş yanvarın 29-da Xorvatiyanın Kaştel Stari şəhərində təşkil olunacaq.

Azvision.az


Teqlər: CEV   Hakim  





Xəbər lenti