Xodorkovski artıq Almaniyadadır
“Şpigel” jurnalının verdiyi məlumata görə, biznesmenin Şengen zonasına daxil olan ölkələrdə 1 il yaşamaq hüququ var. Almaniyadan Xodorkovski İsveçrəyə yola düşəcək.
“Schwabische Zeitung” isə Xodorkovskinin Nyu-Yorka oğlunun yanına gedəcəyini bildirir.
“Die Welt”in xəbərinə görə, Rusiyadan Almaniyaya təyyarəni Xodorkovski üçün Almaniyanın sabiq xarici işlər naziri Hans-Ditrix Genşer sifariş edib.
Qeyd edək ki, Xodorkovski 2003-cü ildən həbsdə olub. Əfv fərmanı olmasaydı, o 2014-cü ilin avqustunda azadlığa çıxacaqdı.
Teqlər: