Ermənistan Konstitusiya Məhkəməsinin sədri yenidən dindirilib

Ermənistan Konstitusiya Məhkəməsinin sədri yenidən dindirilib
  14 Yanvar 2020    Oxunub:2427
Ermənistan Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan Xüsusi İstintaq Xidmətində dindirilib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, Tovmasyanın hansı statusda və hansı iş üzrə istintaq xidmətinə çağırıldığı hələlik məlum deyil.

Xatırladaq ki, ötən il Konstitusiya Məhkəməsi Nikol Paşinyanın əsas rəqibi, Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın həbsini qanunsuz hesab etmişdi. Bunun ardınca, sentyabrın 16-da Paşinyanın “Mənim addımım” parlament fraksiyası Tovmasyanın səlahiyyətlərinə xitamvermə prosesinə başlayıb.

Nəticədə, oktyabr ayında millət vəkili Arman Babacanyanın Baş Prokurorluğa "bir qrup şəxslə hakimiyyəti ələ keçirmək niyyəti" barədə verdiyi məlumat əsasında Ermənistan Xüsusi İstintaq Xidmətində Tovmasyana qarşı cinayət işi açılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti